Ermənistan ordusunda təşviş - Təminatsız qalıblar (VİDEO)

SİYASƏT
12:10 / 01.10.2020
1612

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

Bu barədə Hit.Az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir:

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər", - məlumatda bildirilib.

 

0