"Qarabağ"ın sabiq qapıçısı “Beşiktaş”da

İDMAN
11:25 / 23.05.2020
1345

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç “Beşiktaş”la razılığa gəlib. Hit.Az” “Sabah”a istinadən xəbər verir ki, bosniyalı qolkiper gələn mövsümdən İstanbul təmsilçisinin formasını geyinəcək.

Birinci liqa təmsilçisi “Erzurumspor”da çıxış edən 31 yaşlı oyunçu bir müddətdir “Beşktaş” klubu ilə danışıq aparırdı. “Dadaşlar”ın baş məşqçisi Mehmet Özdilek daha öncə Türkiyə mətbuatına Şehiçin Türkiyədə ən yaxşı 5 qapıçıdan biri olduğunu və oyunçuya böyük klublardan təklif gəldiyini təsdiqləmişdi.

“Qara qartallar”ın artıq bosniyalı ilə anlaşdığı və rəsmi müqavilənin mövsüm sonunda imzalanacağı bildirilir. “Beşiktaş” yayda “Erzurumspor”la sözləşməsi bitəcək Şehiç üçün transfer bədəli ödəməyəcək.

Qeyd edək ki, 31 yaşlı qapıçı 2013-18-ci illərdə “Qarabağ”da çıxış edib.

0