Ermənilər Qubadlıda istirahət mərkəzi tikir... (FOTO)

ÖLKƏ
10:44 / 23.05.2020
1564

Koronavirusa rəğmən ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında mümkün quruculuq, abadlıq işlərini davam etdirirlər.

Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, Qubadlı rayonunun “Pakahan” adlandırılmış kəndlərindən birində (çox güman ki, İşıqlı kəndi) istirahət mərkəzi tikilir. Qarşıdan qızmar yay gəldiyini və uşaqların Həkəri çayında çimməsinin təhlükəli olduğunu nəzərə alan ermənilər mərkəzdə istirahət üçün böyük hovuz tikirlər.

2