Təyyarə biletlərinin qiymətləri 50% arta bilər

İQTİSADİYYAT
11:00 / 11.05.2020
2117

Koronavirus pandemiyası aviasiya sahəsinə güclü iqtisadi zərbələr vurmaqdadır.

Əgər hava gəmilərində sosial məsafə şərtlərinin qorunması ilə uçuşlar başlasa, aviabiletlərin qiymətləri ötən ilə nisbətən 50% yüksələ bilər.

Bizimyol.info-nun məlumatına görə, bu xəbərdarlığı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) verib.

290 şirkəti əhatə edən IATA təyyarələrdə boş yerlərin qalması şərti ilə uçuşlara başlanılması barədə məcburi qaydalara qarşı çıxış edib.

“Əldə olunan məlumatlara görə, təyyarədə virusun ötürülməsi barədə məlumat azdır.Biz ekipaja və sərnişinlərə maska geyinmələrini məcbur edə bilərik, müxtəlif tədbirlər alarıq. Lakin sərnişinləri uçuşun təhlükəsiz olmasına əminlik yaratmaq lazımdır.Eyni zamanda biletlərin qiymətini də sabit saxlamaq lazımdır. Biri olmadan digəri işə yaramayacaq”,- deyə IATA rəhbəri Aleksandr de Jünyak bildirib.

Jünyak təklif edib ki, sərnişinlərin təyyarəyə kontaktsız çıxıb, düşmələri, uçuş zamanı salonda gəzməmələri, hava gəmilərinin tez – tez dizenfeksiya edilməsi,son olaraq da immunitet pasportlarının tətbiqi hava uçuşlarını daha təhlükəsiz edə bilər. İATA-nın son məlumatına görə, 2020-ci ildə aviaşirkətlər pandemiyaya görə 314 milyard dollar itiriblər. Əgər dövlətlər dəstək göstərməsə, böyük hava şirkətləri ilin sonuna qədər iflas edəcəklər.

6