İslam ölkələri Fələstin üçün TOPLANACAQ

DÜNYA
16:50 / 23.05.2020
1197

Türkiyənin təşəbbüsü ilə İslam ölkələri Fələstin üçün görüş keçirəcək.

Xarici KİV-in yazdığına görə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyənin təşəbbüsü ilə İsrailin "Qərb Sahilinin ilhaq etməsi" planının tənzimlənməsi üçün fövqəladə iclas keçirəcək.

Diplomatik mənbələrdən verilən məlumata görə İsrailin "Qərb Sahilinin ilhaqı" məsələsi İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər ilə keçirəcəyi fövqaladə görüşün Türkiyə rəhbərliyinin təşəbbüsü ilə qəbul olunduğunu təsdiqləyib.

Fələstin rəhbərliyi görüş üçün rəsmi tələbini Ramazan bayramından sonra İƏT-ə göndərəcək.

0
Sonxeber.az