Karqo paketlərində insanı xəstələndirəcək qədər virus olması mümkün deyil.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə üçün yaradılmış elmi qurumun üzvü İlhami Çelik deyib.
Professorun sözlərinə görə, karqo paketlərinin üzərində virus ola bilər: "Amma insanı xəstələndirmək üçün kifayət edəcək miqdarda ola bilməz. Ona görə də karqo paketlərindən narahat olmağa gərək yoxdur".