Daş dövründə beyin əməliyyatı: alimlərdən şok tapıntı

DÜNYA
20:18 / 02.10.2020
1296

İspaniyada bir mağarada tapılan daş dövrünə aid kəllədə uğursuz beyin əməliyyatı və ölümündən sonra başın kəsilməsi izləri var.

Qaynarinfo xəbər verir ki, tapıntı eramızdan təxminən əvvəl 4800 – 4550-ci illərə aiddir.

Məlum olub ki, həmin vaxt yetkin bir qadına trepanasiya etməyə çalışaraq kəllədə kiçik dəliklər açıblar.

Sümüklər İber yarımadasındakı Dehesil Mağarasının dərinliyində, yetkin bir kişinin kəlləsinin yanında tapılıb. Məzarda bir uşağın da sümükləri olub.

Alimlər bu tapıntı ilə bağlı heç bir açıqlama verə bilməyib - bir qadını xilas etmək üçün belə bir əməliyyat cəhdi daş dövrü insanlarının amansız elmi təcrübəsi və ya qanlı bir mərasimi ola bilər.

0