Paşinyan hər gün Putinə zəng edir və...

SİYASƏT
09:21 / 03.10.2020
2342

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan  oktyabrın 2-də  Dağlıq Qarabağ münaqişəsi  ətrafında  vəziyyəti müzakirə eiblər.

“Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutdu. Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin müzakirəsi davam etdirilir ”, Kremlin məlumatında  deyilir.

Vladimir Putin, ATƏT-in Minsk Qrupu Həmsədrləri (Rusiya, Fransa, ABŞ) Prezidentlərinin 1 Oktyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq, dərhal hərbi əməliyyatların dayandırılması və münaqişənin həlli üçün siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyini təkrarlayıb.

Müxtəlif formatlarda əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib.

5
yenisabah.az