Estoniyada yaşayan azərbaycanlılar bəyanat yaydı

ÖLKƏ
20:18 / 03.10.2020
634

Estoniyada yaşayan azərbaycanlılar Azərbaycan evinə toplaşaraq ana vətənlərinə dəstək nümayiş etdiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüş Azərbaycanın dövlət himninin səsləndirməsi və şəhidlərimizin xatirəsinin yad edilməsilə başlayıb.

Daha sonra Estoniyada yaşayan azərbaycanlılar adından Estoniya Respublikasının prezidentinə və digər rəsmi şəxslərə ünvanlanan bəyanat oxunub, tədbir iştirakçıları həmçinin eston cəmiyyətinin və mediasının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycan mülki əhalisinə atəş açılması, sosial mediada yayımlanan dezinformasiyaların qarşısının alınması kimi mövzuları da müzakirə ediblər.

0