Ermənilər xarici jurnalistləri tələsik Qarabağdan çıxarır

DÜNYA
16:45 / 03.10.2020
1242

Xarici jurnalistlər tələsik işğal altındakı Dağlıq Qarabağdan çıxarılır.

Virtualaz.org xəbər verir ki, bu haqda “Daily Storm” online-nəşrinin müxbiri Anton Starikov bildirir. Onun bildirdiyinə görə, hazırda jurnalistləri Ermənistanla sərhədə istiqamətləndirirlər və Azərbaycanın işğal altındakı ərazilərinə jurnalistlərin girişi qadağan edilib.

 “Jurnalistləri Stepanakertdən (Xankəndi) evakuasiya edirlər. Bir versiyaya görə bunun səbəbi şəhərdə qalmağın artıq təhlükəli olmasıdır. Digər səbəbə görə jurnalistlər döyüş gedən ərazilərdən birbaşa efirə çıxırlar və bu da Azərbaycan ordusuna həmin nöqtələrə artilleriya zərbələrini yönləndirməyə imkan verir”,-Starkov deyib.

O, əlavə edib ki, hazırda KİV əməkdaşları üçün Ermənistandan Qarabağa giriş bağlıdır, jurnalistlərin ancaq regiondan çıxışına icazə verirlər. “Biz hazırda sərhədə gedirik, tez-tez qarşımıza təcili yardım maşınları və hərbi texnika çıxır”,-rusiyalı jurnalist bildirib.

 Qeyd edək ki, son günlər xarici jurnalistlər işğal altındakı ərazilərimizdə ermənilər arasında getdikcə artan təşvişi, qorxunu, onların Xankəndini tərk edib kütləvi şəkildə Yerevana qaçdığını əks etdirən reportajlar yayırlar. Bu da düşmən təbliğatının maraqlarına uyğun deyil.

2