Bu gün Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək

SİYASƏT
09:33 / 05.10.2020
3708

Bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüz aktına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq.

Bu məsələ toplantının gündəliyinə salınan əsas mövzulardan biridir.

İclasda həmçinin Şərqi Aralıq dənizindəki durum, terrorçuluğa qarşı mübarizə, iqtisadi inkişaf mövzuları, koronavirusla mübarizə, ölkədə təhsilin təşkili məsələləri müzakirə ediləcək.

2