Kılıçdaroğlu ermənilərin Gəncəni atəşə tutmasını qınadı

SİYASƏT
09:55 / 05.10.2020
741

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Azərbaycanın yaşayış məntəqələrinin, o cümlədən Gəncənin işğalçı Ermənistan tərəfindən atəşə tutulmasını qınayıb.

Siyasətçi tvitterdə paylaşım edərək ermənilərin mülki vətəndaşları hədəf almasına etirazını bildirib:

“Ermənistanın beynəlxalq hüquq qaydalarını heçə sayaraq Azərbaycanın Gəncə şəhərində məsum vətəndaşları hədəf alaraq alçaqcasına hücum etməsini şiddətlə qınayıram.  Qardaş Azərbaycan xalqına keçmiş olsun diləklərimi göndərirəm və haqlı davalarında yanlarında olduğumu xatırladıram”.

0
“Qafqazinfo”