ABŞ-da ermənilər həmvətənimizə hücum edib

DÜNYA
09:03 / 06.10.2020
919

ABŞ-da həmvətənimiz ermənilərin hücumuna məruz qalıb.

Hadisə Nyu-York şəhərində baş verib.

Bruklində Azərbaycan bayrağının olduğu şəxsi avtomobili ilə hərəkət edən azərbaycanlı gənc bir qrup erməninin hücumuna məruz qalıb. Belə ki, 7 nəfər erməni həmvətənimizə və onun avtomobilinə zərbələr endirib. Nəticədə azərbaycanlı gənc başından yüngül xəsarət alıb.

Həmyerlimizin polislə əlaqə saxladığını görən ermənilər qaçaraq ərazidən uzaqlaşıblar.

4