Rusiya aviaşirkətləri Azərbaycana uçuşları BƏRPA EDİR

11:05 / 06.10.2020
1154

Rusiya aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinə icazə verilib.

"Qazeta.ru" xəbər verir ki, Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi ("Rosaviasiya") bununla bağlı qərar verib. Siyahıya hava əlaqəsi bərpa olunmamış Azərbaycanla yanaşı, Ermənistan, Belarusiya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Çin, Maldiv adaları, Malta, Hollandiya, Səudiyyə Ərəbistanı, Türkmənistan, Tanzaniya, Çex Respublikası və Özbəkistan da daxildir.

Bundan əlavə hava yolu şirkətlərinə Avstriya, Bolqarıstan, Macarıstan, İspaniya, Fransa və Kubaya çarter uçuşlarına icazə verilib.

Xatırladaq ki, Rusiya koronavirus pandemiyası fonunda mart ayının sonunda digər ölkələrlə müntəzəm və çarter reysləri üzrə uçuşları dayandırmışdı. Daha sonra məhdudiyyətlər tədricən götürülməyə başlanıldı.

0
Mediapost.az