“Music Gallery” şəhid müştərilərinin borcunu silir.
HİT.Az-ın xəbərinə görə, şəhidlərin borcu olmaz deyən “Music Gallery” qəhrəmancasına vuruşaraq şəhid olmuş müştərilərin borclarını sildiyini bildirir:
"Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən hər bir şəhidimizə rəhmət diləyirik, qisasınız şanlı ordumuz tərəfindən alınacaq, bilirik.
Səninləyik, Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!"