Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ayın sonuna Ermənistanda planlaşdırılan hərbi təlimləri təxirə salınıb.
Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov məlumat verib.
Onun sözlırinə görə, indi KTMT-nin üzv dövlətləri ilə qeyd edilən təlimin yeri və keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır.
Xatırladaq ki, KTMT-nin "Axtarış -2020" və "Qarşılıqlı əməkdaşlıq-2020" komanda-qərargah hərbi təlimləri 23-30 oktyabr tarixlərində Ermənistanın “Baqramyan” poliqonunda keçirilməli idi.
Virtualaz.org