Dağlıq Qarabağ Azərbaycanındır - Çavuşoğlu

SİYASƏT
18:27 / 06.10.2020
1153

“Yenə də bütün dünyaya demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycanındır”.

“MediaPost” xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyəli nazir bildirib ki, Dağlıq Qarabağın və Azərbaycanın işğal edilmiş torpaqları bütün qərarlara rəğmən bu günə qədər azad edilməyib:

“Bu günə qədər beynəlxalq ictimaiyyət Ermənistanın həmin torpaqlarından çıxması ilə bağlı konkret bir addım atmayıb. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyib.
1 milyondan çox məcburi köçkün və qaçqınlar öz evlərinə qayıtmağı gözləyir. Bütün bunlara baxmayaraq hücum edən tərəf həmişə Ermənistan olub. Nəticədə öz göbəyini kəsmək Azərbaycanın öhdəsinə qaldı. 

Küncə qısılan Ermənistan mülki obyektlərə və mülki əhaliyə hücum etməyə başlayıb. Bu insanlıq cinayətidir, hərbi cinayətdir, Cenevrə konvensiyasının pozulmasıdır. Bu, Ermənistanın içərəsində olduğu çarəsizliyin göstəricisidir”.

0