Müdafiə naziri: "Düşmən “İsgəndər” raketlərindən istifadə edəcəyi halda adekvat tədbir görüləcək"

ÖLKƏ
15:25 / 06.10.2020
935

"Düşmən tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda, adekvat tədbir görüləcək". 

HİT.Az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 6-da xüsusi xidməti müşavirədə deyib. 

Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

0