Mikrofonu silahla əvəz edir: Miri Yusif könüllü cəbhəyə yollanır - VİDEO

ÖLKƏ
21:30 / 06.10.2020
1202

Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi uğrunda döyüşmək üçün cəbhəyə getmək istəyənlər arasında Xalq artisti Miri Yusif də var.

Rusiyanın “Rossiya 24” telekanalı bununla bağlı video klip hazırlayıb.

“Bu günə qədər mənim silahım mikrofon idi. Onun həqiqi silaha çevriləcəyi gün uzaqda deyil”, - deyə sənətçi telekanala bildirib.

Miri Yusif üzvü olduğu “Dəyirman” qrupu tərəfindən iyirmi il əvvəl yazılmış “Ya Qarabağ, Ya ölüm” mahnısını yeni ifada təqdim edib.

 

1