Ermənistanın Baş naziri Nikol Paşinyan 5 oktyabrda Dağlıq Qarabağa səfər edib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada Paşinyanın separatçı rejimin qondarma prezidenti Arayik Arutyunyan və yüksək rütbəli zabitlərlə görüş keçirdiyi bildirilib.