Bu gün saat 12.20-də Bakının Yasamal rayonun ərazisində elektrik enerjisinin verilişində 3 dəqiqəlik qısa fasilə yaranıb və 12.23-də enerji bərpa edilib.
Bununla bağlı “Azərenerji” və “Azərişıq” birgə məlumat yayıb.
Qeyd edilib ki, bu, SCADA dispetçer sistemində aparılan yenidənqurma əməliyyatı ilə bağlı olub: “Narahatlığa heç bir əsas yoxdur, enerji təminatı ən yüksək səviyyədədir”.
Baş vermiş kiçik fasiləyə görə “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətləri abonetlərə üzürxaqlıq edib.