"Günay Sığorta" şirkətinin idarə heyətinə yeni təyinat olub. Şirkətin biznesin inkişafı departamentinin rəhbəri Səidə Fətullazadə idarə heyətinin üzvü seçilib.
Bu barədə "MediaPost"a S.Fətullazadə özü məlumat verib. O, bu vəzifəyə oktyabr ayının 7-də təyin edilib.
Qeyd edək ki, S.Fətullazadə ləğv edilmiş "Buta Sığorta" şirkətində, daha sonra isə "Günay Sığorta"da marketinq və PR sahəsində çalışıb. 2020-ci ilin iyul ayında isə şirkətin biznesin inkişafı departamentinə direktor təyin edilmişdi.
Xatırladaq ki, hazırda "Günay Sığorta"nın idarə heyətini sədr əvəzi Sabir Quliyev və idarə heyətinin üzvü Səidə Fətullazadə təmsil edir.