Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı

13:02 / 08.10.2020
1677

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kəramyan vəzifəsindən azad edilib.

Bu barədə "Sputnik Ermənistan" saytı məlumat yayıb.

Qeyd edək ki, Kəramyan cəmi 4 aydır ki Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edib.

0