Polad Həşimovun adı Türkiyədə parka veriləcək

ÖLKƏ
13:39 / 08.10.2020
944

Bu ilin iyulunda Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı Türkiyənin Bursa vilayətində salınacaq parka veriləcək.

HİT.Az-ın məlumatına görə, bunu Bursanın Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar deyib.

O bildirib ki, həmin park yaxın zamanlarda salınacaq.

0