Düşmənin mülki əhalimizə vurduğu zərərin statistikası AÇIQLANDI

ÖLKƏ
13:58 / 08.10.2020
691

Sentyabrın 27-dən oktyabrın 8-i saat 13:00-dək erməni təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, indiyə qədər 31 dinc sakin həlak olub. Yaralanmış dinc sakinlərin sayı 154-dür.

928 ev, 133 mülki obyekt, 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

0