“Dağlıq Qarabağ məsələsində status-kvo dəyişməlidir” - Çavuşoğlu

ÖLKƏ
14:26 / 08.10.2020
787

“Status-kvo dəyişməlidir. Türkiyə bunu tək başına etmək istəmir. Vəziyyət belə davam edə bilməz. Dağlıq Qarabağ və ətraf Azərbaycan torpaqları təxminən 30 ilə yaxındır Ermənistanın işğalı altındadır”.

HİT.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Slovakiyada keçirilən 15-ci Bratislava Təhlükəsizlik Forumunda (GLOSBEC 2020) çıxış edərkən deyib.

“1992-ci ildən etibarən vəziyyət belədir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Fransa və Rusiya bir həll yolu tapa bilib? Xeyr! Buna görə də Ermənistan Azərbaycan torpaqlarına hücum etməyə cəsarət göstərir. Həm iyulda, həm də sentyabr aylarında hücum etdilər. Əlbəttə biz sülh və danışıqlar yolunu dəstəkləyirik. Ancaq hər kəs Azərbaycan bu məsələdəki sıxıntısını başa düşməlidir. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparır və bunu etməlidir”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

0