Cəbrayılda Azərbaycan bayrağı belə asıldı - Əsgər Ali Baş Komandana söz verdi (VİDEO)

ÖLKƏ
10:13 / 09.10.2020
4430

İşğaldan azad olunan Cəbrayıldan daha bir video yayılıb. 

Hit.Az xəbər verir ki, videoda 27 ildir həsrətində olduğumuz Cəbrayıla Azərbaycan əsgərinin üçrəngli bayrağımızı sancması barədə qürurverici anlar yer alır.

Müqəddəs bayrağı öpüb alnına qoyan hərbçilərimiz bütün torpaqlarımızın azad ediləcəyi barədə Ali Baş Komandana şərəf sözü veriblər:

“Cənab Ali Baş Komandan, biz söz veririk ki, bütün işğal olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq!”

HİT.Az həmin görüntüləri təqdim edir:

 

0