Ceyhun Bayramov Moskvaya gedir - RƏSMİ

SİYASƏT
12:42 / 09.10.2020
774

Dünən Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.

Nazirlikdən Hit.Az-a verilən məlumata görə, görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Məlumatda həmçinin bildirilir ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar nazir Ceyhun Bayramov bu gün Moskvaya işgüzar səfər edəcək.

Hit.Az əlavə edir ki, Minsk Qrupunun həmsədrləri, həmçinin Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakanyan da Moskvaya yola düşüblər. 

2