“Qısa fasilədən sonra Rusiya regional sabitliyin əsas faktoru olduğunu ortaya qoydu”
Bunu Rusiya mediasına açıqlamasında politoloq Fyodor Lukyanov söyləyib. Onun sözlərinə görə, situasiyanı kənardan müşahidə etdikdən sonra məsələyə müdaxilə edib.
“Rusiya döyüşlərin toz-dumanının çəkilməsini gözlədi və öz vasitəçilik səylərini təklif etdi. Düşünürmə ki, bu tamamilə doğru addımdır. Çünki məsələ ilə məşğul olacaq başqa kimsə yoxdur”- deyə Lukyanov söyləyib.
Politoloq münaqişənin yaxın vaxtlarda konkret həll varinatının olmadığını desə də, əsas məqasədin atəşi dayandrımaq olduğunu bildirib.
“XİN rəhbərlərinin Moskva görüşü atəşin dayandırılmasını müzakirə edəcək. Amma buna nail olmaq çətin olacaq. Belə ki, Azərbaycan ordusu ciddi uğur qazanaraq xeyli irəliləyib və atəşin dayandırılması üçün vaxtı uzatmağa çalışacaqlar”.
Onun fikrincə, 2011-ci ildə “Kazan formulu” adı ilə tanınan sülh sazişinin yenidən gündəmə gəlməsi mümkündür. Həmin saziş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasını, növbəti mərhələdə Qarabağın statusunun müəyyənləşməsini müzakirə etməli idi.
“Azərbaycan uğurlu hərbi kampaniyadan sonra Ermənistan tərəfinin “Kazan formulu” ətrafında müzakirə aparamaqda maraqlı olacağını düşünür. Paşinyan hökuməti isə ağır vəziyyətdədir. Hərbi uğursuzluqlarla bağlı güzəştlərə gedilməsi ölkədaxili vəziyyəti daha da ağırlaşdıracaq”.