“Ərdoğan Qarabağ məsələsində dünyaya meydan oxuyur” – Le Monde

22:30 / 09.10.2020
1500

Fransanın “Le Monde” nəşri Türkiyə və onun lideri Rəcəb Tayyip Ərdoğan barədə diqqətçəkən məqalə dərc edib. 

Türkiyə KİV-i xəbər verir ki, məqalədə Rəcəb Tayyip Ərdoğanın Qarabağ məsələsində dünyaya oxuduğu vurğulanıb. Müəllif Alan Frachon qeyd edib ki, Türkiyə Prezidenti Kreml və Ağ Evi ələ salıb.

Alan Frachonun fikrincə, Ərdoğanın Azərbaycanın Qarabağda başlatdığı əks-hücum əməliyyatına açıq dəstək verməsi onun Moskva və Vaşinqtondan qorxmadığını göstərir. "O (Ərdoğan), Moskva və Vaşınqtondan qorxmur. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, dünya liderlərinə meydan oxuyur”.

0