"Ölkəmizə qarşı müəyyən təzyiqlər var. Amma prezidentimiz bu təzyiqlərə mərdi mərdanə, xalqımızın milli maraqları çərçivəsində sinə gərməkdədir".
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev deyib. O, bildirib ki, örezidentimin siyasətində ölkəmizin maraqları ən hakim maraqlardır və ölkə başçısının tapşırığı ondan ibarətdir ki, Azərbaycanın suverenliyi bərpa edilməlidir.
"Təzyiqlər hər zaman olub. Gələcəkdə də olacaq. Təəssüf ki, beynəlxalq arenada da bir sıra hallarda qərəzli mövqe görürük. Amma bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpaqlarına göz tikməmişik. Humanitar əsaslarla olan atəşkəsin pozulması halları davam edəcəksə, Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək cavab verəcək".