Ermənistan Qarabağda kimyəvi silahdan istifadə edir

ÖLKƏ
16:23 / 10.10.2020
952

Erməni tərəfi Dağlıq Qarabağdakı döyüşlərdə fosfor sursatından istifadə edib.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Minaların təmizlənməsi üzrə milli agentliyin əməliyyat meneceri Elnur Qasımov bildirib.

O, Füzuli rayonunun Ayatlı kəndi yaxınlığında ağ fosforlu mərminin tapıldığını qeyd edib. Həmçinin, Yevlax, Goranboy və Ağcabədi rayonlarında da çoxluqlu bomba elementləri tapılıb.

Qasımov, həmçinin erməni tərəfinin münaqişə başlayandan bəri istifadə etdiyi mərmi tapıntılarının siyahısını təqdim edib. Bunların arasında "Smerç” sisteminin 23 raketi var.

4