“Gəncəyə atılan raketin birinci hissəsinin qalıqları Mingəçevirdə dağa düşüb partlayan raketin qalıqları ilə eynidir”.
HİT.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib.
Onun sözlərinə görə, bu gün həmin raketin ən son qalıqlarını müəyyən edib tapıblar: “Raketin qalıqlarının üzərində 8k-14 raketi yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, bu, Elbrus sistemi olub”.