Erməni terroru: 17 gündə 42 mülki şəxs öldürülüb

ÖLKƏ
12:34 / 13.10.2020
635

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən HİT.Az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb.

Bundan başqa, 241 mülki obyekt, 1479 yaşayış evi və 66 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

2