Daxili İşlər orqanlarında dəyişiklik olub.
Oxu.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis mayoru Mehrab Məmmədov Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.
O, bundan əvvəl Yasamal Rayon Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.