Mahsun Kırmızıgül ermənilərin Gəncə terrorundan yazdı - FOTO

ÖLKƏ
19:50 / 13.10.2020
1479

Türkiyənin məşhur sənətçisi Mahsun Kırmızıgül də Azərbaycana dəstək olmaqda davam edir.

HİT.Az bildirir ki, sənətçi Mahsun Krmızıgül ermənilərin Gəncədə törətdiyi terror nəticəsində yaralanan uşaqların fotosunu paylaşaraq, qeyd edib:

"Bu uşaqlara yazıqdır. Savaşın qazananı olmaz. Gəncədə mülki əhaliyə edilən bu hücumu qınayıram. Azərbaycan xalqının yanındayam".

Xatırladaq ki, oktyabrın 11-də saat 02:00 radələrində Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 34 nəfər yaralanıb. Yaralılar arasında azyaşlı uşaqlar da var.

Məlum olub ki, Ermənistan silahlı qüvvələri Gəncədə insanların sıx yaşadığı məntəqəni çox təhlükəli bir silahdan –“SCUD” (skad) raket sistemindən istifadə edərək atəşə tutub.

0