Türkiyənin Miliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelı Ermənistanın Azərbaycana yönələn terror hücumunu pisləyib.
Türkiyə mətbuatı xəbər verir ki, Bahçelı Ermənistanın mülki əhalini hədəf almasının insanlığa qarşı cinayət olduğunu deyib:
«Qarabağda erməni vəhşiliyi davam edir. Atəşkəs təklifi tələdir. Dağlıq Qarabağı terrorçu Ermənistanın başına vura-vura geri almaq lazımdır».
Partiya lideri deyib ki, Ermənistanın törətdiyi vəhşiliklərdən biri Xocalı soyqırımıdır. Beynəlxalq qətnamələrə baxmayaraq Azərbaycanın haqlı davasında beynəlxalq ictimaiyyət ikili standartları davam etdirir.
Virtualaz.org