Üç ölkədən Azərbaycana qarşı təxribat: Ermənistanı silahlandırırlar...

ÖLKƏ
14:03 / 13.10.2020
8277

“Belçika, Fransa və İslandiyadan Ermənistana silah göndərilməsinə dair xəbərlər doğrudursa, onda bu ölkələr BMT-nin müvafiq konvensiyanı pozmuş sayıla bilərlər”.

HİT.Az xəbər verir ki, bu barədə millət vəkili Erkin Qədirli sosial şəbəkə hesabında məlumat verib. Millət vəkili bir sıra Avropa dövlətlərinin işğalçı Ermənistanı silahlandırmasına diqqət çəkib:

“BMT-nin Silah Ticarəti haqqında konvensiyası var, 2014-cü ildə qüvvəyə minib. Rusiya onun iştirakçısı deyil. Amma Belçikadan, Fransadan, İslandiyadan və s. Ermənistana silah göndərilməsinə dair xəbərlər doğrudursa, onda bu ölkələr həmin konvensiyanı pozmuş sayıla bilərlər. Çünki onlar bu konvensiyanın iştirakçılarıdır. İkinci, konvensiyada silah ticarətinin dövlətlərin ərazi bütövlüyünə qarşı yönəldilməməsi ilə bağlı prinsip vardır.

Azərbaycana silah satanlar isə konvensiyanı pozmuş sayıla bilməzlər, çünki konvensiyanın prinsiplərindən biri və birincisi - dövlətlərin ayrılmaz olan özünü fərdi və ya kollektiv müdafiə haqqıdır. Azərbaycan da bu haqdan yararlanmağa çalışır”.

44