Koronavirusa yeni yoluxanların və ölənlərin sayı açıqlandı - GÜNÜN STATİSTİKASI

ÖLKƏ
15:52 / 13.10.2020
930

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 42 381 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib, aktiv xəstə sayı 2 301 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 865, ötən müddət ərzində isə ümumilikdə 1 187 136 test aparılıb.

1