Gənclər və İdman Nazirliyinin kollektivi 11 oktyabra keçən gecə Ermənistan terrorçularının Gəncəyə atdıqları raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyni himayəsinə qəbul edib.
HİT.Az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, qurum yetkinlik yaşlarına (18 yaş) çatana qədər uşaqların 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürüb.