“Erməni terroruna dayan!” deyən Elanur - VİDEO

ÖLKƏ
10:57 / 15.10.2020
1001

Ötən gündən etibarən sosial şəbəkələrdə üzərində #stoparmenianaggression (erməni aqressiyasına son) həştəqi yazılan balaca qızcığazın fotosu yayılıb. 

Kampaniya məqsədilə hazırlanmış “cover”in dünən, 16:00-dan etibarən 72 saat müddətinə bütün sosial şəbəkələrdə profil şəkli kimi istifadəsi təklif olunub. 

Məqsəd Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalmasına və Gəncəyə edilən terror hücumlarına dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir. 

Kampaniyanın gedişində azyaşlının kimliyi də müzakirə mövzusuna çevirilib, onun Azərbaycan vətəndaşı olmadığı iddia olunub. 

“Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudovanın instaqramdakı paylaşımından sonra məlum olub ki, həmin qız azərbaycanlıdır və kampaniyanın siması seçilən balacanın adı Elanurdur. 

0
“Qafqazinfo”