Erməni təxribatı: 43 nəfər həlak olub, 213 nəfər yaralanıb

ÖLKƏ
13:02 / 15.10.2020
714

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən HİT.Az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb.

Bundan başqa, 290 mülki obyekt, 1592 yaşayış evi və 79 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

2