Bütün günahlar Paşinyanındır - Erməni siyasətçi

SİYASƏT
15:29 / 15.10.2020
1314

Ermənistanın üzləşdiyi acınacaqlı durum baş nazir Paşinyana görədir.

Belə bir fikirlə Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov çıxış edib.

Onun fikrincə, Nikol Paşinyanın siyasi uzaqgörənliyinin olmaması Ermənistanı hazırkı vəziyyətə gətirib çıxarıb.

Qeyd edək ki, işğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda verdiyi itkilər, əsgər çatışmazlığı, ahıl şəxslərin belə orduya cəlb olunması Paşinyan hakimiyyətinin iflasa uğraması və ölkədə xaotik bir vəziyyətin hökm sürməsindən xəbər verir. Ermənistanın Rusiyadan belə istədiyi dəstəyi ala bilməməsi hazırkı hakimiyyətin uğursuz siyasət yürütməsini ortaya qoyur. / BAKU.WS

0