Füzuli rayonu Zobucuq qəsəbəsi Ermənistan silahlıları tərəfindən mütəmadi olaraq atəşə məruz qalır.
"Report"un cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, düşmən təxribatı nəticəsində ziyan görən Zobucuq qəsəbəsində sakinlərin əhvali-ruhiyyəsi çox yüksəkdir. Qəsəbə ərazisinə bu müddət ərzində xeyli sayda mərmi düşüb. Atılan mərmilər 2 evi yararsız vəziyyətə salıb, daha bir-neçə evin yaxınlığına düşən mərmi isə ətrafa zərər yetirib.
Düşmənin bütün təxribatlarına baxmayaraq zobucuqlular ata-baba yurdlarında yaşamağa davam edirlər. Erməniləri xain adlandıran qəsəbə sakinləri fikirlərini bölüşüblər.