"Bizim son hədəfimiz dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edilməlidir. Biz döyüş meydanında dayanmağa hazırıq”.
HİT.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.
“Əgər Ermənistan buna hazır olarsa və bizə təqvim verilərsə, biz sabah dayanmağa hazırıq. Ancaq proses olaraq biz dayanmayacağıq. Biz istəyirik ki, artıq hərbi proses siyasi prosesə çevrilsin. Ermənistan buna hazırdırsa və beynəlxalq təşkilatlar, böyük ölkələr Ermənistanı inandıra bilərlərsə, bu, daha tez bir zamanda olacaq. Yox, o zaman Azərbaycan Ordusunun zəfər yürüşü davam edəcək”, - deyə Prezident qeyd edib.