Onlayn dərslər də olmayacaq - Nazir açıqladı

ÖLKƏ
11:33 / 16.10.2020
936

“Oktyabrın 19-dan noyabrın 2-dək tətil elan olunur. Bu o deməkdir ki, onlayn dərslər də olmayacaq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, bu, noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edilib.

E.Əmrullayev qeyd edib ki, hazırda aidiyyatı qurumlarla əməkdaşlıq yaradılıb:
“Oktyabrın son həftəsində bu barədə ictimaiyyətə məlumat veriləcək. Biz tətil müddətindən sitifadə edərək, internet problemini də həll etməyə çalışacağıq. Həmçinin böyük inamımız var ki, ordumuz tərəfindən qələbə qazanıldıqdan sorna hər şeyi normallaşdırmaq mümkün olacaq”.

0
Modern.az