"Atəşkəsdən sonra 3 dəfə Hadrud qəsəbəsini yenə də işğal etmək istədilər, 3 dəfə ora həmlə etdilər”.
Hit.Az xəbər verir ki, bunu Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
"Amma 3 dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə işğalçılıq siyasətini davam etdirməkdir”, - Prezident əlavə edib.
Prezident həmçinin bildirib:
"Dünən mən 6 kəndin işğaldan azad edilməsini elan etdim. Bu proses davam edir. Demək olar ki, hər gün yeni yüksəkliklər, ərazilər işğaldan azad edilir. Füzulinin əksər kəndləri bizdədir, Füzuli artıq bizim gözümüzün önündədir. Bütün istiqamətlərdə böyük uğurlar əldə etmişik.