Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini hədəf almasına dair son fakt və məlumatları bölüşüb.
HİT.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə öz Twitter hesabında yazıb.
"Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir: 20 oktyabr.
- 6 şəhərə 498 mərmi
- 4 raket və 3 dron hücumu
- Tərtər-423, Ağdam - 49, Ağcabədi- 24, Goranboy-2 mərmi
- Naftalan və Goranboy -Smerç raketləri
Tərtərdə 2 mülki şəxs həlak olub, bir nəfər yaralanıb",-deyə Prezidentin köməkçisi qeyd edib