Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezident Serj Sarkisyanın “Independent”də yayımlanan müsahibəsində səsləndirdiyi fikrilərə münasibət bildirib.
H.Hacıyev bununla bağlı fikirlərini “Twitter” hesabında yazıb:
“S.Sarkisyan Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”.