Paşinyanın “qalibiyyət dastanı” - Özünü yenə biabır etdi

DÜNYA
09:56 / 22.10.2020
3562

Sentyabrın 27-dən Qarabağda aparılan döyüşlərdə Azərbaycana məğlub olan Ermənistan rəhbərliyi xalqın gözündə “yenilməz”, “qüdrətli” olduğunu göstərmək üçün hər cür çirkin vasitəyə əl atır.

Ötən gün münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanat səsləndirən Baş Nazir Nikol Paşinyan bununla bir daha gənclərin həyatının onun üçün zərrə qədər mahiyyəti olmadığını sübut etmiş oldu.

Hətta o, daha sonra öz "Facebook" hesabında xalqa yazılı müraciət edərək 6 müddəadan ibarət tələb irəli sürdü:

1. Könüllü dəstə yaradın (minimum 30 nəfər).
2. Bir komandir seçin.
3. Hərbi komissarlığa müraciət edin.
4. Hərbi hissələrdən birində hazırlıq keçin.
5. Cəbhəyə yollanın.
6. Və qələbə.

Görünən odur ki, Ermənistan tərəfi artıq gənclərin döyüşlərə qatılmaq istəmədiyini qəbul edə bilmir və pərakəndə dəstələrlə öz “qalibiyyət dastanı”nı yazmaq istəyir.

21
“Qafqazinfo”